İlon Maskın şirkəti Beynəlxalq Kosmik Stansiyanın (BKS) orbitdən çıxarılması üçün ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) ilə müqavilə imzalayıb.
Tehsil.biz Xarici KİV-ə istinadən xəbər verir ki, NASA BKS-i Yer orbitindən çıxaracaq kosmik gəmini qurmaq üçün "SpaceX"ə 843 milyon dollar verəcək.
Qeyd edək ki, BKS 2030-cu ildə istismar müddətini başa vuracaq. Stansiyanın Sakit okeanda "dəfn olunacağı" planlaşdırılır.