Medicalmedia.az “Echonedeli” portalına istinadən xəbər verir ki, mütəxəssis diaqnozdan əvvəl əsas simptomları sadalayıb:
- mədə ağrısı;
- bağırsaq hərəkətləri zamanı qeyri-adi qanaxma;
- nəcis pozğunluqları;
- iştahsızlıq;
- anemiya.
Tədqiqat, simptomların başlanğıcından diaqnozun qoyulmasına qədər orta müddətin dörd-altı ay olduğunu müəyyən edib.
Yelena Smirnova bu əlamətlərə onun praktikasında tez-tez rast gəlindiyini vurğulayıb. Ancaq bir çox xəstə, təəssüf ki, özünü müalicə etməklə, məsələn, laksatiflər alaraq bu xəbərdarlıq əlamətlərini görməməzlikdən gəlir. Bu, həkimə gec müraciətlərə səbəb olur.