EN

Baş prokuror Lerikdə vətəndaşları qəbul edəcək - FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il iyulun 3-də, saat 10:00-da Lerik rayon prokurorluğunun inzibati binasında Lerik, Lənkəran və Astara rayon sakinlərinin qəbulunu keçirəcək.

"32gun.az" xəbər verir ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Lerik rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Chosen
280
49
32gun.az

10Sources