Olaylar.az xəbər verir ki, bunu bu gün ABŞ-nin Müstəqillik Bəyannaməsinin imzalanmasının 248-ci ildönümünə həsr olunmuş tədbirdə Azərbaycanın maliyyə naziri Samir Şərifov çıxışı zamanı deyib.
"ABŞ prezidenti Co Bayden Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda iki ölkə arasında enerji sektorunda, eləcə də terrorizmlə mübarizədə strateji tərəfdaşlığı xüsusi vurğulayıb. Eyni zamanda o, ABŞ-ın qlobal və regional əməkdaşlığı genişləndirməyə və COP29-a uğurla ev sahibliyi etməkdə Azərbaycana dəstək verməyə hazır olduğunu vurğulayıb. Bütün bunlar münasibətlərin möhkəm təməlini göstərir və qarşılıqlı fəaliyyətin keyfiyyətcə yeni səviyyəyə qalxmasına səbəb olub. Bu inkişaf edən əlaqələr artan ticarətə güclü təkan verməlidir", - o əlavə edib.