EN

Hacıqabulda sel səbəbindən 81 sakin FHN tərəfindən təxliyə olunub

Hacıqabulda 8-i uşaq olmaqla 81 sakin FHN tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

İntensiv yağan yağışlar nəticəsində Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsində sel gəlməsi səbəbindən subasmaya məruz qalmış ərazilərdə gün ərzində köməksiz vəziyyətdə qalmış 8-i uşaq olmaqla ümumilikdə 81 nəfər vətəndaş Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Qeyd edək ki, son günlər aramsız yağışlar Pirsaat su anbarında təhlükəli vəziyyət yaradıb. Sakinlərin daha əvvəl "Report”un Aran bürosuna verdiyi məlumata görə, son 40 ildə Pirsaat çayında belə sel görünməyib. Nəticədə anbar dolduğundan su bəndin üzərindən keçir.

Artıq su kanalları da məcrasından çıxıb. Rayonun Qubalı Baloğlan kəndində onlarla ev su içində qalıb. Eyni zamanda əkin sahələri də su altındadır.
Chosen
89
14
7news.az

10Sources