EN

Ukrayna gələn həftə Polşa ilə təhlükəsizlik sazişi imzalayacaq

Ukrayna lideri Vladimir Zelenski gələn həftə Varşavaya gedəcək və polşalı həmkarı ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayacaq.

Azpost.info xəbər verir ki, mənbə bildirib ki, iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək NATO sammiti başlamazdan əvvəl tərəflərin təhlükəsizlik sazişi imzalaması vacibdir.

Mənbənin sözlərinə görə, Polşa hökuməti sammit iştirakçılarına siqnal göndərmək istəyir ki, Ukraynaya daha çox kömək edilməlidir.

Daha əvvəl Polşa Baş nazirinin müavini Vladislav Kosiniyak-Kamış bəyan etmişdi ki, ölkə hakimiyyəti ukraynalı hərbçilərə öz dövlətinin ərazisində təlim keçəcək, lakin öz hərbçilərini Ukraynaya göndərmək niyyətində deyil.

Azpost.info

Chosen
150
azpost.info

1Sources