“Əgər İsrail Livana hücum edərsə, o zaman bu ölkəni tamamilə məhv etdəcək müharibə başlayacaq”. Bizimyol.info xəbər verir ki, bu barədə İranın BMT-dəki nümayəndəliyi "X" sosial şəbəkəsində bildirib. Qeyd olunur ki, İsrailin Livana hücumu zamanı hadisələrin inkişafı üçün bütün variantların hazır olduğu güman edilir, baxmayaraq ki, bu barədə bəyanatlar “psixoloji müharibə” hesab olunur. “İran sionist rejimin Livana hücum etmək niyyəti ilə bağlı təbliğatını psixoloji müharibə hesab etməsinə baxmayaraq, genişmiqyaslı hərbi təcavüzə başlayarsa, İsrailin tamimilə məhv ediləcəyi müharibə başlayacaq. Bütün Müqavimət cəbhələrinin tam cəlb olunması da daxil olmaqla, bütün variantlar masadadır”, - deyə mesajda qeyd edilir. Qəzza zolağında gedən müharibə fonunda İsrailin Livanla sərhədində vəziyyət gərginləşir. İranın dəstəklədiyi islamçı Hizbullah hərəkatı bu ölkədə yerləşir. "CBS News"in verdiyi məlumata görə, Birləşmiş Ştatlar orada yeni cəbhənin açıla biləcəyindən narahatdır ki, bu da İsrailin Amerika silahlarına ehtiyacını artıracaq. ABŞ rəsmiləri deyirlər ki, HƏMAS-ın 2023-cü ilin oktyabrında İsrailə qəfil hücumundan fərqli olaraq, Livan Hizbullahı ilə mümkün müharibə İsrail ordusunun illərdir düşündüyü bir şeydir. Qadir, Bizimyol.info