EN

Gəncədə yanan benzin qabının atılması nəticəsində xəsarət alan üç nəfərdən ikisi Bakıya göndərilib

Gəncə şəhərində mübahisə zəminində üzərlərinə yanan benzin qabının atılması nəticəsində ağır yanıq xəsarətləri alanlardan ikisi Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunlar 1993-cü il təvəllüdlü Eltəkin Zeynalov və 1997-ci il təvəllüdlü Muraz Namazovdur.

Qeyd edək ki, söyüş üstdə düşən mübahisə zamanı daha bir nəfər, 2004-cu il təvəllüdlü Niyaməddin Kazımov da yanıq xəsarətləri alıb. Gəncə şəhər 1 nömrəli Abbas Səhhət adına Xəstəxanada müalicə alan şəxsin vəziyyəti isə kafi qiymətləndirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb bürosuna bildirilib ki, polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Pərviz Kazımovu saxlayaraq istintaqa təhvil veriiblər: "P.Kazımov içərisində benzin olan qabı yandıraraq M.Namazovun üzərinə atıb. Nəticədə məlum hadisə baş verib".

Faktla bağlı araşdırma aparılır.

Chosen
138
4
missiya.az

7Sources