Kayseridə Qazi Mustafa Kamal Atatürkün fotosunu yandırdıqları iddiası ilə 4 lisey şagirdi haqqında qərar verilib.
News24.az xəbər verir ki, hadisə ötən il oktyabrın 26-da İncəsu rayonunda baş verib. Orta məktəbin 12-ci sinif şagirdləri A.K., A.N., H.E. və E.K. birlikdə olarkən tələbələrdən A.K. Mustafa Kamal Atatürkün fotosunu yandırıb.
Hadisə sosial şəbəkədə də paylaşılıb. Hadisənin ardından 4 şagird jandarma qrupları tərəfindən saxlanılıb.
Qeyd edək ki, məhkəmə hakimi 4 lisey şagirdinə “Atatürkün xatirəsini ictimai təhqir” cinayətinin hüquqi ünsürlərinin təmin edilmədiyi səbəbilə bəraət hökmü çıxarıb.
Günel Məlikzadə