EN

BŞİH müdaxilə etdi, tarixi binada təmir işləri dayandırıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakının Səid Rüstəmov küçəsində yerləşən tarixi binada aparılan təmir işləri zamanı nöqsanlara yol verilməsi ilə bağlı məlumat yayılıb.
Məlumatda təmir zamanı binanın tarixi görkəminə zərər vurulduğu iddia edilir.
Məsələ ilə bağlı "Qafqazinfo" Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) sorğu ünvanlayıb.
Qurumdan sorğuya cavab olaraq bildirilib ki, paytaxtın rayonlarında tarixi binalarının fasadlarında aparılan cari təmir işlərinin vəziyyətinin araşdırılması və nəzarətdə saxlanılması məqsədilə BŞİH-də yaradılmış xüsusi Komissiya tərəfindən aparılan monitorinqlər davam etdirilir:
"Yasamal rayonu, Səid Rüstəmov küçəsində yerləşən tarixi binada aparılan təmir işləri dayandırılıb. Buna səbəb, təmir-bərpa işləri aparılan zaman nöqsanların olub-olmamasını araşdırmaqdır. Mütəxəssislərin rəyindən sonra müvafiq qərar veriləcək".
Qeyd edək ki, sözügedən binanın 1911-ci ildə inşa edildiyi bildirilir.
Chosen
193
50
oxu.az

10Sources