EN

Azərbaycan futzal millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılır

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisovla müqavilənin müddəti uzadılacaq.   Manset.az AZƏRTAC-ın əldə etdiyi məlumata istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssislə bir illik yeni sözləşmə imzalanacaq. Bununla bağlı yekun qərar AFFA İcraiyyə Komitəsinin növbəti iclasında qəbul olunacaq.

Qeyd edək ki, Vitali Borisov ötən ilin yayından Azərbaycan millisinin baş məşqçisi postunda çalışır.

Chosen
205
8
manset.az

10Sources