ABŞ Azərbaycanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurlu keçirilməsində dəstəkləyir. Bunu ölkəmizə səfər edən ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn jurnalistlərə açıqlamasında deyib.
ABŞ-nin Azərbaycanın bu razılaşmada oynadığı rolu qətiyyətlə dəstəklədiyini vurğulayan qonaq deyib ki, ölkəsi imkan daxilində bu məsələyə lazımi məsləhət və texniki dəstək verib. “Hesab edirik ki, iqlim dəyişikliyi dünya üçün əsas problemdir. COP29 isə bərpaolunan enerji mənbələrinə keçidin sürətləndirilməsi və iqlim dəyişikliyinin təsirlərinin aradan qaldırılması üçün vacib olan bəzi məsələlər üzrə real irəliləyiş əldə etmək imkanı verir. Buna görə də Azərbaycanın bu istiqamətdə irəliləməsi bizi ruhlandırır”, – deyə Ceyms O’Brayn əlavə edib.
XQ