EN

PSJ millinin 22 yaşlı yarımmüdafiəçisinin yeganə “elçi”si deyil

“Everton”un yarımmüdafiəçisi Amadu Onana daha bir top-klubun “radar”ındadır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, PSJ-nin prezidenti Nasser Əl Xələfi şəxsən özü Belçika millisinin oyunçusu ilə müqavilə bağlamaqda maraqlıdır.

PSJ 22 yaşlı futboçunun yeganə “elçi”si deyil. Belə ki, mətbuat onun adını “Arsenal”, “Bayern”, “Barselona” və “Mançester Yunayted”ə mümkün transferlə əlaqələndirir.

Onana 50 milyon avro dəyərində qiymətləndirilir. O, PSJ-də “Mançester Yunayted”in transfer hədəfi olan Manuel Uqarteni əvəz edə bilər.

Chosen
147
sportinfo.az

1Sources