EN

Avrokubok təmsilçimiz Azərbaycan millisinin üzvündən imtina etdi

Eddi İsrafilov növbəti “futbol ili”ndə “Sabah”da oynamayacaq.

Ötən mövsümün son həftələrində “tələbələr”lə Azərbaycan millisinin yarımmüdafiəçisi arasında müəyyən danışıqlar olsa da, Eddi “Sabah”a gözləməyi məsləhət görmüşdü.

Əsas məqsədi karyerasını “Neftçi”də davam etdirmək idi ki, istəyinin baş tutacağına arxayın idi.

İsrafilov “ağ-qaralar”dan cavab gözlədiyi bir ayda “Sabah” dayaq yarımmüdafiəçisi mövqeyinə axtarışlarını davam etdirib və istədiyini tapıb.

Müzakirələrə əsasən baş məşqçi Krunoslav Renduliçin həmyerlisi İvan Lepinitsa ilə müqavilə bağlanması qərara alınıb.

Kristian da Silvanın gedişi ilə yaranan boşluq məhz 24 yaşlı xorvatın hesabına aradan qaldırılıb.

HƏBİB / SPORTİNFO.AZ

Chosen
128
sportinfo.az

1Sources