EN

Kiberdələduzların yeni oyunu: "100 manat ver, 700 manat apar"

Sosial şəbəkədə vətəndaşlara ödəyəcəyi kiçik vəsait qarşılığında yüksək məbləğdə pul vəd edən dələduzların sayı artmaqdadır.

Publika.az xəbər verir ki, vətəndaşın əldə etdiyi ödənişi geri istəməyəcəklərini iddia edən şəxslər bunun lotereya oyunu olmadığını bildirir, digər tərəfdən isə vəsaitləri uduş vasitəsilə qazanacaqlarını deyirlər.

Eyni zamanda, üzbəüz görüşdən, qazancın mənbəyini göstərməkdən imtina edirlər.

Bank məsələləri üzrə ekspertlər bildirirlər ki, lotereya təşkilatının təmsilçiləri kimi fəaliyyət göstərən bu şəxslərə etimad etmək təhlükəlidir.

Vəkil Mircavid Miriyev bildirib ki, bir çox insan bu cür kiberdələduzların qurbanına çevrilib. Amma onları tanımağın asan üsulları var:

"Həmin səhifələrdə adətən ünvan, əlaqə nömrələri göstərilmir, yaxud da saxta olur. Həmçinin vətəndaşla görüşməkdən çox vaxt imtina edilir".

Chosen
106
11
publika.az

10Sources