Bu gün AVRO-2024-də 1/8 final mərhələsinin İngiltərə-Slovakiya oyunu baş tutub.
Turkustan.az xəbər verir ki, Helzenkirhendə baş tutan oyun drammatik alınıb.
Uzun müddət hesabda geridə olan ingilislər 90+5-ci dəqiqədə hesabı bərabərləşdiriblər. Cud Bellingem sensasiyaya imkan verməyib. Əlavə vaxtın ilk dəqiqəsində Keyn ikinci topu Slovakiyanın qapısından keçirib və komandası 1/4 finala yüksəlib.
Qeyd edək ki, günün digər matçında İspaniya ilə Gürcüstan qarşılaşacaq. /yenisabah.az/