Almaniyada təşkil olunan Avropa çempionarının 1/8 final mərhələsi çərçivəsində baş tutan İngiltərə - Slovakiya matçının ən yaxşı oyunçusu müəyyənləşib.
"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılşamanın ən yaxşısı adına İngiltərə millisinin futbolçusu Cud Bellinqem layiq görülüb.
Qeyd edək ki, Bellinqem İngiltərə - Slovakiya matçının 90+5-ci dəqiqəsində komandasının bərabərlik qoluna imza atıb. Əlavə dəqiqələrdədə isə İngiltərə komandası ikinci qolu vuraraq 1/4 final mərhələsinə vəsiqə qazanıb.