EN

Kombaynlar biçin qiymətini artırdı



Tarif Şurasının son qərarı ilə ölkədə bir sıra xidmətlərlə yanaşı, dizel yanacağının qiymətinin də artması kənd təsərrüfatı sektorunda məhsul biçininə təsirsiz ötüşməyib.

Newscenter.az-ın xəbərinə görə, məhsul biçini ilə məşğul olan kombayn sürücüləri biçin üçün nəzərdə tutulan qiyməti artırıblar. Bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının təmsilçisi Tural Əfəndi də təsdiqləyib.

O bildirib ki, əvvəllər kombaynlar 1 hektar ərazinin biçini üçün 50 AZN istəyirdilərsə, indi qiyməti ikiqat qaldırıblar:

"Bir kombayn sürücüsünə zəng etmişəm, hektarına 100 manatdan aşağı gəlmərəm deyir. Səbəbini soruşanda, dizel bahalaşıb deyir".

Anar Əliyev
Chosen
176
newscenter.az

1Sources