Belarus Ukrayna ilə sərhəddə baş verən istənilən vəziyyətə cavab verməyə hazırdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Belarus Prezidenti Administrasiyasının rəhbəri Dmitri Krutoy bildirib.
O qeyd edib ki, bizim hər bir ssenariyə cavabımız var:
“Ona görə də Ukrayna tərəfinin tamamilə lazımsız olan bir növ təxribatlara başlamasını və dayanıqlığımızı sınamasını istəməyək”, - Krutoy bildirib.
Onun sözlərinə görə, hazırda Belarus tərəfi vəziyyəti diqqətlə izləyir:
"Hərbçilərimiz münaqişənin əvvəlindən cənub sərhədimizdə vəziyyəti diqqətlə izləyir. Hələlik heç bir qiymətləndirmə olmayıb, monitorinq mərhələsindədir", - rəsmi əlavə edib.
Günel Abbas