Türkiyənin "Qalatasaray" klubu "Fənərbaxça" ilə yollarını ayıran belçikalı hücumçu Mişi Batşuayi ilə 3 illik müqavilə imzalayacaq.
AzxeberSport Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Qalatasaray"ın hücumçuya illik 3 milyon avro maaş ödəyəcəyi gözlənilir.
Qeyd edək ki, Batşuayi müqavilə imzalandıqdan sonra iyulun 3-də Kemerburgazda keçiriləcək mövsümün açılış mərasimində iştirak edəcək.