Azərbaycan I Liqasında mübarizə aparan “Karvan” heyətini gücləndirib.
İdmanxeber.az-a verilən məlumatına görə, Yevlax təmsilçisi “Şamaxı”dan ayrılan müdafiəçi Kənan Quliyevlə anlaşıb. Tərəflər arasında bir illik müqavilə imzalanıb.
Xatırladaq ki, ötən mövsüm I Liqanın qalibi olan “Şamaxı” Premyer Liqada çıxış edəcək. “Karvan” isə çempionatı 5-ci pillədə başa vurmuşdu.