EN

"Azərişıq" 9,2 milyon manatlıq 3 tenderə yekun vurdu - QALİBLƏR

“Azərişıq” ASC üç tenderə yekun vurub.

“Azərişığ”ın 13 milyonluq tenderinin qalibi - AÇIQLANDI 

FED.az xəbər verir ki, qurum tenderlərin qaliblərinə toplamda 9 215 117 manat ödəyəcək.

Tenderlərdən ikisini “Smart Energy Services” MMC şirkəti udub, yerdə qalan bir tenderin qalibi isə “SMCS” MMC şirkəti olub.

Daha detallı :

Satınalma predmeti

Qalib

Məbləğ

Şuşa rayonu Aşağıquşçu, Yuxarıquşçu və Qaybalı kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq iki dövrəli ÖİN(SİP-3) elektrik veriliş xəttinin çəkilməsi işləri

“SMCS” MMC

2 069 439 AZN

Şuşa rayonu, Malıbəyli yaşayış məntəqəsi ərazisində yeni 35 kV-luq "Malıbəyli" yarımstansiyanın tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinin satın alınması

“Smart Energy Services” MMC

3 426 523 AZN

Xocalı rayonu, Sığnaq yaşayış məntəqəsi ərazisində yeni 35 kV-luq yarımstansiyanın tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinin satın alınması

“Smart Energy Services” MMC

3 719 117 AZN

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
25
fed.az

1Sources