EN

Son 10 gündə bu qədər vətəndaş nazirliyə müraciət edib

İyunun 20-dən 30-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 21 717 vətəndaş müraciəti daxil olub.
 

Nazirlikdən AzEdu.az-a bildirilib ki, müraciətlərin 14 363-ü çağrı mərkəzləri, 613-ü sosial media, 2 550-si  "WhatsApp" vasitəsilə, 1 272-si elektron, 634-ü yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 2 285 müraciət qeydə alınıb. 


 
Müraciətlər sertifikatlaşdırma imtahanı, müəllimlərin işə qəbulu, eləcə də qarşılıqlı yerdəyişməsi, birinci sinfə qəbul, məktəbəqədər təhsil müəssisələrinə qəbul və digər məsələlərlə bağlı olub.

 

 
 
 
 
 
 
 
Chosen
257
3
azedu.az

4Sources