EN

Evli ola-ola başqa kişi ilə münasibətdə olub – Təranədən şok

Müğənni Təranə Qumral haqqında maraqlı faktları təqdim edirik.

Təranə Xeyrulla qızı Qumral (İbrahimova) 17 oktyabr 1966-cı ildə Zəngilan rayonunda anadan olub. Ailədə üç bacı, iki qardaş olublar. Təranənin 5 yaşı olanda, anası ağır xəstəlikdən dünyasını dəyişib. Dəmir yolu idarəsində işləyən atası isə ikinci dəfə ailə qurmayıb.Anasızlığın əziyyətini çox çəkən Təranə müsahibələrinin birində o günləri xatırlayarkən deyir:

“Böyük bacım anamın şəkillərini heç vaxt bizə vermədi. O, şəkillərin hamısını yığıb gizlətmişdi ki, biz görüb pis olmayaq. Atam işdə olanda, gecələr elə qorxurdum ki. Bəzən yağış yağıb, göy guruldayanda, qaçıb stolun altına girərdik. Məktəbə gedərkən analı qızlara baxıb köks ötürərdim. Düşünürdüm ki, mənim də anam olsa, saçlarımı səliqə ilə darayıb yığardı”.

***

Birinci Qarabağ müharibəsinin ən şiddətli vaxtlarında Təranənin qardaşı Firdovsi Məmmədov müharibəyə yollanır. Bir müddət sonra isə qardaşının cəbhədə şəhid olma xəbəri Təranəgilin ailəsini yasa qərq edir.

***

29 oktyabr 1993-cü ildə Təranənin doğulub böyüdüyü Zəngilan rayonu düşmən tərəfindən işğal olunur. 27 yaşlı Təranə ailəsi ilə birgə qaçqınçılıq taleyi yaşayır.

**

Təranə Qumral çox erkən yaşda ixtisasca hərbçi olan bir bəylə ailə qurub. Bu evlilikdən onun Qumral və Fidan adlı iki qız övladı olur. Ancaq iş elə gətirir ki, Təranə Almaniyada yaşayan ərindən ayrılmamış, tanınmış müğənni Musa Musayevlə ailə həyatı qurur. Bu nikahdan isə onların Sevgim adlı qızları dünyaya gəlir. Musa Musayev xalası qızı ilə evli olub. Təranə ilə evlənəndən sonra ondan ayrıldığı üçün Musanın anası və qardaşları heç vaxt Musa və Təranə ilə danışmayıblar.

***

Təranə və Musanın xeyli duetləri var: “Sənsiz”, “Yarım”, “Sevənlər inciməsin”, “Sevgimizə göz dəyər”, “Dilərsənmi”, “Dağlara gedək”, “Qoy, dünya bilsin” və sair.

***

Təranə Musanın spirtli içkiləri tərgitməsi üçün çox fədakarlıqlar edib. Söyüşcül və qısqanc olan Musa Musayev hətta bir neçə dəfə Təranə xanımı döyüb.

***

2013-cü ildə Təranə və Musa cütlüyü ilə bağlı qalmaqallı xəbərlər səngimək bilmir. Belə ki, Musa evində başqa bir kişinin olduğunu iddia edir. Təranə isə deyilənləri inkar edərək Musadan boşandığını açıqlayır:

“Musadan boşanmağımın əsl səbəbi, onun külli miqdarda borcunun olması idi. Adamın nə qədər borcu olar? Borc ödəməkdən yorulmuşdum. Musa xəstə və psixi problemləri olan insandır. Onun dediklərini ciddiyə almayın. Mən ondan 3 il öncə boşanmışam. Amma Musa mənim qanunla həyat yoldaşım olub. Boşanma səbəbim isə borc pul üstə olub. Onun “Rang-Roveri” girovdadır. Çünki borcları başından aşıb-daşır. Əgər o məni aşnam ilə tutmuşdusa, niyə hər ikimizi elə qonşudaca öldürməyib?! Musa məni onla birgə yaşamaq istəmədiyim üçün döyüb, amma tüfənglə vurmaq istəməyib. O, məni çoxdan şantaj edirdi ki, ondan ayrılsam məni biabır edəcək”.

***

Müğənninin həmkarı Nazəninlə illərlə davam edən davası məhkəməyə qədər gedib.
Müğənni Təranə Qumral bu dəfə Nazəninin həyat yoldaşı Məhəbbət Həsənovla məhkəməlik olub. Təranə Qumral Nazənini onun həyat yoldaşı Musa Musayevlə münasibətdə olmaqda günahlandırmışdı. Proqramda yaşanan qalmaqaldan sonra sənətçilər məhkəməlik olur. Araşdırma zamanı sübut olunmuşdu ki, Təranə Qumralın Nazəninin həyat yoldaşı Məhəbbət Həsənovla münasibəti olub. Hadisədən sonra Qumral həmkarının həyat yoldaşı Məhəbbətin fotosunu sosial şəbəkədə paylaşıb və onun ünvanına təhqiramiz sözlər yazıb. Nazəninin əri bundan sonra məhkəməyə müraciət edərək Təranə Qumralın təkzib verməsini və 100.000 manat pul ödəməsini tələb edib. Nazəninin əri bildirib ki, ilk məhkəmə prosesi Nərimanov Rayon Məhkəməsində keçirilib.

“Hər zaman susmuşam. Həyat yoldaşım təhqir olunandan sonra danışmağa qərar verdim. Nazəninin arxasında mənim kimi əri var, onun təhqir olunmağına imkan vermərəm. Təranə ilə intim münasibətim olub. Bunu məhkəmədə sübut etmişik. Təranənin intim mesajlarını telefonumda hələ də saxlamışam. Məhkəmə prosesi iki tərəfin də şəxsi həyatını əhatə etdiyi üçün qapalı keçirilmişdi. Mobil operatorların anten dairəsindən əldə olunan məlumatlarda Təranə Qumralın yazdığı mesajlar da üzə çıxarılmışdı. Bir daha qeyd edirəm ki, Təranə mənim məşuqəm olub. Ona sual verirəm ki, Musa Musayev hələ də bunlara göz yumur?”.

 

***

Məhkəmənin qərarı ilə T.Qumral N.Salayev, onun həyat yoldaşı Məhəbbət Həsənov və Pərviz Abbasovdan üzr istəməli, barəsində dediklərinə təkzib verməlidir. Lakin T.Qumral məhkəmə qərarlarını icra etmədiyi üçün barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarını icra etməmə) maddəsi ilə cinayət işi başlanılıb. Onu 3 ilədək həbs olunmaq təhlükəsi gözləyirmiş:

“Hər iş insan üçündür. Kişinin başına iş gələr. Qadının həbs olunmağı çox pisdir. Elə insanlar var ki, sifarişlə kimisə həbs etdirə bilirlər. Kimsə pul basıb məni tutdura bilər, amma dövlətimiz, Azərbaycan xalqı humanist xalqdır. Nə qədər ki, cinayət olmayıbsa, qadını həbs etmirlər. Mən ilk növbədə şəhid bacısıyam, atam şəhid atasıdır. Bir qardaşım vardı, o da hamımızın uğrunda şəhid olub. Mənim qardaşım şəhid olmayıb ki, hansısa bir küçədən keçən gəlib pul basıb məni tutdursun. Torpağım uğrunda bu gün mən də bayrağımı öpüb vuruşaram”.

 

***
Təranə Qumralın qızı Qumral anası kimi müğənnilik fəaliyyəti ilə məşğul olur. Onun şəhid qardaşının qızı Canana da bir müddət rəqqasəlik edib. Ancaq 2021-ci ildə Canana bibisinin xeyir duası ilə ailə quraraq rəqqasəliyini dayandırıb. / Kulis.az

Chosen
154
10
infoaz.ws

10Sources