Serbiyanın Novi Sad şəhərində təşkil olunan güləş üzrə U-17 Avropa çempionatında Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində Masallı Uşaq Gənclər İdman Məktəbinin yunan-Roma bölməsinin yetirməsi Əmrah Əmrahov yunan-Roma güləşində ikinci yeri qazanıb.
Belə ki, 48 kiloqram çəki dərəcəsində xalça üzərinə çıxan idmançımız yunanıstanlı Pavlos Tsentidisə və ermənistanlı Andranik Xaçatryana eyni hesabla (9:0) qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda isə isveçli Santoş Sarmalinqamını 6 dəfə məğlub edib. Əmrah finalda rusiyalı Nikolay Kristova sonuncu xal prinsipinə əsasən (1:1) uduzaraq U-17 Avropa çempionatında gümüş medala sahib çıxıb.
Onu da bildirək ki, qalib idmançımız Əmrah Əmrahov Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində Masallı Uşaq Gənclər İdman Məktəbinin yunan-Roma bölməsinin məşqçi-müəllimi Qismət Əkbərovun yetirməsidir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü