EN

Çin ilə NATO arasında diplomatik gərginlik artır

Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi (XİN) NATO-nu sərt şəkildə tənqid edib.

News365.azxəbər verir ki, XİN-in rəsmi nümayəndəsi Mao Ninq bildirib ki, NATO Çinin nəinki xarici, daxili siyasətinə də qarışır.

Diplomat Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberqin bu yaxınlarda Çinin NATO-nun dəyərlərinə və təhlükəsizliyinə meydan oxuması ilə bağlı açıqlamalarını da şərh edib: "Əslində, davamlı olaraq Çinə meydan oxumağa çalışan, Pekinin daxili işlərinə qarışan, Çinin xarici siyasətini təhrif edən və pisləyən NATO-dur".

Bundan əlavə, Mao Ninq alyans üzvlərini Ukrayna münaqişəsinin səbəbləri barədə dərindən düşünməyə çağırıb və Çinin həmişə yaranmış ağır vəziyyətin həlli üçün diplomatik variantları irəli sürdüyünü xatırladıb.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
27
news365.az

1Sources