Türkiyə ordusu İraqın şimalında "Pəncə-Kilid" əməliyyat bölgəsində 10 PKK, Suriyanın şimalında "Zeytun Budağı" əməliyyat bölgəsində isə 3 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Türkiyə ordusu terrorçuların yuvalarını dağıtmağa davam edir” – deyə nazirliyin məlumatında qeyd olunub.
Şəbnəm Mehdizadə