EN

Messi məşqlərə başladı

Argentina yığmasının kapitanı Lionel Messi Amerika Kubokunun 1/4 final matçına hazırlaşan millinin komanda ilə məşqlərinə başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, ulduz futbolçu iyunun 26-da qrup mərhələsi çərçivəsində Çili ilə matçda (1:0) zədələnmişdi. 37 yaşlı argentinalı bu səbəbindən Peru ilə oyunu (2:0) buraxıb.

Amerika kubokunun 1/4 final mərhələsinin Argentina – Ekvador oyunu Bakı vaxtı ilə iyulun 5-nə keçən gecə Hyustonda keçiriləcək.

Chosen
97
idmanxeber.az

1Sources