...Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Qərb ölkələri Ukraynanı tərk etmək fikrində deyillər, onlar münaqişəni gərginləşdirməyə çalışırlar.
SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini RİA Novosti yayıb.
...Bu gün Ukraynaya külli miqdarda pul atılıb. Mən əminəm ki, amerikalılar, ilk növbədə, Qərb Ukraynanı tərk etmək fikrində deyil.
Bunu deyən Belarus liderinin sözlərinə görə, Qərbdən gələn muzdlular döyüş tapşırıqlarını yerinə yetirə bilmirlər və NATO ölkələri öz qoşunlarını Ukrayna ərazisinə göndərməyi planlaşdırır.
...NATO üzvlərinə səbəb lazımdır, Ukrayna cəbhəsində vəziyyət fəlakətlidir, çox ciddidir.
Lukaşenko bir qədər əvvəl bildirmişdi ki, Qərb Belarusu hərbi qarşıdurmaya sürükləmək üçün səbirsizdir.
...Onlar sadəcə bizi bir döyüşə sürükləmək üçün səbirsizlənirlər, - deyə dövlət başçısı bildirib.
Əli Babayev