45 kiloqram arıqlayan Mətanət İsgəndərli yenidən artıq çəki alması ilə gündəmə gəlib.
Yenisabah.az xəbər verir ki, bir müddət öncə mədəkiçiltmə əməliyyatı etdirən Əməkdar artistin sosial şəbəkə hesabında paylaşdığı görüntülərdən yenidən xeyli çəki aldığı aydın görünüb.
Xartırladaq ki, sənətçi bir neçə ay öncə qonaq olduğu verilişlərin birində 45 kiloqram çəki atdığını, bir müddət sonra yenidən əməliyyata gedəcəyini açıqlamışdı:
“45 kiloqram arıqlamışam, ətrafımdakılar da deyir ki, daha bəsdir. Üz əməliyyatı etmək istəyirəm, üzgərmə əməliyyatı keçirəcəyəm. Çünki 45 kilo çəki atmışam və müəyyən problemlər yaranıb. Bədən şişir, sonra boşalır, təsəvvür edin, dəri nə günə qalır. Bu təbii haldır, hamımız insanıq”.