EN

Lənkəranda minik avtomobili 33 yaşlı velosipedçini vurub

Lənkəran rayonu ərazisində velosipedçinin vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hərəkətdə olan minik avtomobili Lənkəran rayon sakini 1991-ci il təvəllüdlü Alim Cəlal oğlu Şahmarovu vurub.

A.Şahmarov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Həkimlər ona belin küt travması, dəqiqləşdirilməmiş kəllə-beyin travması və başın ənsə nahiyəsinin əzilmiş-didilmiş yarası diaqnozu qoyublar.

Yaralıya ilkin tibbi yardım göstərilib və vəziyyətinə uyğun olaraq reansimasiya şöbəsinə yerləşdirilib.

Hazırda xəstənin müalicəsi reansimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
8
apa.az

10Sources