EN

Həyətində çətənə kolları yetişdirən Salyan sakini ələ keçib

Bakı. Trend:

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilənəməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası iləməşğul olan Əyyar Ələkbərov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regionalqrupundan Trend-ə verilənməlumata görə, onun həyətyanı sahəsindən kultivasiya yolu iləyetişdirilən çəkisi 20 kiloqram olan 12 ədəd çətənə koluaşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davametdirilir.

Chosen
84
15
az.trend.az

10Sources