EN

Roza Zərgərli onları hədələdi: "Bir yerimin müzakirəsi..."

Müğənni Roza Zərgərli sosial media hesabında qalmaqallı açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Roza Zərgərli saxta profillər açıb ünvanına xoşagəlməz sözlər yazan şəxslərsən hüquq-mühafizə orqanlarına şikayət edəcəyini deyib: "Yoruldum, trollar, saxta səhifələr yaradan, ictimaiyyətin fikrini yönəldən, həyatını bir yerimin müzakirəsinə həsr edən bir neçə nəfər, ağıllanın. İP adresləriniz artıq lazimi torqanlar tərəfindən tapılıb. Çörəyimi yeyib, "bacı" deyənlər, bəzi xırdalıqları deməyim, desəm, o dəqiqə başa düşəcəklər. Ağıllı olun. Guya məni nə ilə vurmaq istəyirsiniz?!

24 ildir sənətdəyəm, işlədiyiniz müğənnilərdə heç məndə olan arxiv yoxdur. Səkkiz il "Bakı Vaxtı ilə " verilişində oxumuşam. Çox ulduzlarınızın sponsoru mən olmuşam. Sizi qanun çərçivəsində mələdəcəm. Çox gülməlidir ki, kişilikdən əlamətiniz yoxdur, saxta profil açıb, kişi şəkli qoyursunuz.

İndi saxta səhifələrə yerləşdirdiyiniz fotoların da araşdırması aparılacaq. Trollarınızı da tanıyıram, ödənişinizi də bilirəm, ağıllı olun, ətrafımda olanlar".


Müəllif: Rəqsanə Həsənova
Chosen
141
teleqraf.com

1Sources