EN

“British Council” təşkilatının Azərbaycan üzrə filialı erməni dilində reklam paylaşdı - AÇIQLAMA

“British Council” təşkilatının Azərbaycan üzrə filialının “İnstagram” səhifəsində erməni dilində reklam paylaşılması böyük narazılıqla qarşılanıb. Paylaşılan post reklama çıxarılsa da, bir müddət sonra silinib. 

 

Təşkilat Pravda.az-a bununla bağlı narazılıqlara aydınlıq gətirib. 

 

Bildirilib ki, erməni dilində paylaşılan post “British Council”ın İELTS proqramı ilə bağlı olub: 

 

“Təəssüf ki, belə bir hal baş verdi. Qlobal komandanın bir səhvi idi. Komandaya tez xəbərdarlıq etdik. Sadəcə texniki səhv idi. Post paylaşılan kimi müdaxilə edildi, qısa vaxt ərzində aradan qaldırıldı”. 

 

Aytəkin Qardaşova 

Tarix: 3 İyul 2024, 17:55   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
108
2
pravda.az

3Sources