EN

“British Council” təşkilatının Azərbaycan üzrə filialı erməni dilində reklam paylaşdı - AÇIQLAMA - FOTO

“British Council” təşkilatının Azərbaycan üzrə filialının “İnstagram” səhifəsində erməni dilində reklam paylaşılması böyük narazılıqla qarşılanıb. Paylaşılan post reklama çıxarılsa da, bir müddət sonra silinib.

İqtisadiyyat.az xəbər verir ki, təşkilat Pravda.az-a bununla bağlı narazılıqlara aydınlıq gətirib. 

Bildirilib ki, erməni dilində paylaşılan post “British Council”ın İELTS proqramı ilə bağlı olub: 

“Təəssüf ki, belə bir hal baş verdi. Qlobal komandanın bir səhvi idi. Komandaya tez xəbərdarlıq etdik. Sadəcə texniki səhv idi. Post paylaşılan kimi müdaxilə edildi, qısa vaxt ərzində aradan qaldırıldı”. 

 

 

Chosen
71
2
iqtisadiyyat.az

3Sources