Almaniyanın Türkiyədəki səfiri Yurgen Şuls UEFA-nın Türkiyə milli komandasının futbolçusu ilə bağlı araşdırmaya başlamasına görə Türkiyə səfirliyinə çağırılıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd olunub ki, Merih Dəmiral “AVRO-2024” futbol çempionatının 1/8 final mərhələsində Türkiyə – Avstriya matçında qol vurduqdan sonra əli ilə "Bozqurd" işarəsini göstərib.
Hadisədən sonra Almaniyanın daxili işlər naziri “UEFA”dan türkiyəli futbolçuya sanksiya tətbiq etməyi tələb edib.
Ağarza Elçinoğlu