\"Qarabağ” yay təlim-məşq toplanışı üçün iyulun 5-də Avstriyaya yola düşəcək.
AZXEBER.COM xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.
Ağdam təmsilçisinin məskunlaşacağı Tirol şəhərində 4 yoldaşlıq oyunu nəzərdə tutulub.
Qurban Qurbanovun komandası iyulun 9-da Bakı vaxtı ilə saat 14:30-da Almaniya 2-ci bundesliqa təmsilçisi \"Kayzerslauten” (Almaniya), həmin gün saat 20:00-da isə Çexiyanın yüksək liqasında yarışan \"Viktoriya” (Plzen) klubları ilə üz-üzə gələcək.
Növbəti yoldaşlıq oyunlarındakı rəqibləri və matçların vaxtı barədə daha sonra məlumat veriləcək.