Manset.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib. Ağdam təmsilçisinin məskunlaşacağı Tirol şəhərində 4 yoldaşlıq oyunu nəzərdə tutulub. Qurban Qurbanovun komandası iyulun 9-da Bakı vaxtı ilə saat 14:30-da Almaniya 2-ci bundesliqa təmsilçisi “Kayzerslauten” (Almaniya), həmin gün saat 20:00-da isə Çexiyanın yüksək liqasında yarışan “Viktoriya” (Plzen) klubları ilə üz-üzə gələcək.
Növbəti yoldaşlıq oyunlarındakı rəqibləri və matçların vaxtı barədə daha sonra məlumat veriləcək.