İspaniya millisinin hücumçusu Lamin Yamal "Arsenal"ın keçmiş qapıçısı Yens Lemannın ispanları "təcrübəsiz uşaqlardan ibarət komanda" adlandıran açıqlamasına münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, “Goal" 16 yaşlı forvardın dediklərini belə çatdırıb:
“Belə bəyanatlar yalnız motivasiyamızı artırır. Almandır, başqa nə deyə bilərdi? Amma meydanda bizim nə qədər təcrübəsiz və balaca olduğumuz üzə çıxacaq"
2024-cü il Avropa çempionatının 1/4 finalında İspaniya və Almaniya yığmaları üz-üzə gələcək. Matç cümə günü, iyulun 5-də baş tutacaq, start fiti Bakı vaxtı ilə saat 20:00-da çalınacaq. Xatırladaq ki, turnir iyunun 14-dən iyulun 14-dək Almaniyada keçirilir.