EN

Yaponiyada iflasların sayı 20%-dən çox artıb

Bu ilin birinci yarısında Yaponiyada müflis olan şirkətlərin sayı 4931-ə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Tokyo Shoko Research" məlumat verib.

Məlumata görə, ölkədə iflasların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 22%-dən çox artıb.

2024-cü ilin birinci yarısında baş verən iflasların əksəriyyəti (374) alınmış materialların yüksək qiymətləri və digər maliyyə səbəbləri ilə bağlı olub.

İflas etmiş şirkətlərin ümumi borcu 721 milyard yen (4,4 milyard dollar) təşkil edib.

 

Gözəl Həşimova

 

Chosen
162
iqtisadiyyat.az

1Sources