Şərur rayonunda bədbəxt hadisə baş verib, yeddi yaşlı uşaq hovuzda boğulub.
Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Şərur rayonunun Aşağı Yaycı kəndində olub.
Kənd sakini, 2017-ci il təvəllüdlü İbrahim Nofəl oğlu Fərzəliyev ehtiyatsızlıqdan hovuzda boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.