Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra "Qarabağ" hotelinin açılışında iştirak edib.
Publika.az xəbər verir ki, Xankəndidə “Qarabağ” hotelinin açılışı 3 il əvvəl Prezident İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla olan maraqlı dialoqunu yenidən gündəmə gətirib.
Belə ki, 2021-ci ilin iyunun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Şuşaya səfər ediblər. Səfər zamanı dövlət başçıları Şuşanın ətraf ərazilərini seyr ediblər. Həmin an liderlər arasında maraqlı dialoq yaşanıb:
İlham Əliyev: O yer ki var, bax o iki dağın arası... Ora da Xankəndi şəhəridir.
Rəcəb Tayyib Ərdoğan: Hotel oradadır?
İlham Əliyev: (Gülərək) Orada da olacaq!