İzmirin Ödəmiş rayonunda polisin saxladığı avtomobildə əldəqayırma partlayıcı ələ aşkarlanıb.
“İki sahil” xəbər verir ki, Ödəmiş Respublika Baş Prokurorluğunun koordinasiyası ilə Ödəmiş Mütəşəkkil Cinayətlər Şöbə Müdirliyi Bürosu və Ödəmiş Asayiş-Terrorla Mübarizə Bürosu qrupları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində təqib edilən şübhəli avtomobil dayandırılıb.
Avtomobilə baxış zamanı parça-parça əldəqayırma partlayıcı, 1 ədəd tapança, 3 ədəd bıçaq və 3 ədəd maska götürülüb.
Partlayıcının vətəndaşları qorxutmaq, təhdid və təzyiq yolu ilə sahibkarlardan haqsız qazanc əldə etmək məqsədilə hazırlandığı müəyyən edilib.
Hadisə ilə əlaqədar nəzarətə alınan 6 şübhəli Sülh Cəza Məhkəməsi tərəfindən həbs edilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”