EN

Gələn il Laçın Beynəlxalq Hava Limanı istismara veriləcək

Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək.

Bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı çıxışı zamanı qeyd edib ki, Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir:

“Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək”.

Chosen
178
50
banker.az

10Sources