EN

"Sabah"a 1 qol kifayət edib

"Sabah" Sloveniyada keçirilən təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçında qüvvəsini sınayıb.

İdman.biz xəbər verir ki, paytaxt təmsilçisi yerli "Koper"lə qarşılaşıb.

Oyunun taleyini 1 qol həll edib. Matçın 43-cü dəqiqəsində Abdulla Xaybulayev fərqlənib.

Qeyd edək ki, "Sabah"ın növbəti rəqibləri Serbiyanın "Çukariçki" (10 iyul), Ukryananın "Krivbass" (13 iyul) və Polşanın "Rux" (17 iyul) klubları olacaq.

İdman.biz

Chosen
187
2
idman.biz

3Sources