Masaki Murata "Sumqayıt"dan ayrılıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yaponiyalı yarımmüdafiəçinin müqaviləsi başa çatıb və o, komandanı tərk edib.
Qeyd edək ki, Masaki Murata 2023-cü ilin yanvar ayından "Sumqayıt"da çıxış edirdi. O, "kimyaçılar"ın heyətində meydana çıxdığı 54 rəsmi matçda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.