Avro-2024-ün 1/4 finalında keçirilən Niderland - Türkiyə matçının ən yaxşı futbolçusu müəyyənləşib.
QOL.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Niderland yığmasının müdafiəçisi Stefan De Vrey oyunun ən yaxşısı adına layiq görülüb.
90 dəqiqə meydanda olan 32 yaşlı müdafiəçi 70-ci dəqiqədə komandasının bərabərlik qolunu vurub.
Qeyd edək ki, oyun Niderlandın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.