"Ukrayna avqustda defolt edə bilər ki, bu da Kiyev üçün fəlakət olardı".
Publika.az xəbər verir ki, bu barədə Britaniyanın "Teleqraf" nəşri yazıb .
Məqalənin müəllifi Ben Marlounun sözlərinə görə, Qərb maliyyə institutları tərəfindən verilən kreditlər üzrə faiz ödənişlərinə iki illik moratorium gələn ayın əvvəlində başa çatdığından Ukrayna rəhbərliyi indi kreditorlarla razılığa gəlməyin yollarını axtarır.
Materialda deyilir ki, əgər sövdələşmə son tarixdən əvvəl bağlana bilməzsə, nəticələr fəlakətli ola bilər.