İsmayıllıda üç ailənin yaşadığı beşotaqlı mənzil yanaraq külə dönüb.
Hadisə Qalınçaq kəndində Bəhmən Rəcəb oğlu Bayramova məxsus beşotaqlı fərdi yaşayış evində qeydə alınıb.
Ev sahibi, 1959-cu il təvəllüdlü Bəhmən Rəcəb oğlu Bayramov və 1969-cu il təvəllüdlü Nəzakət Yaqub qızı Bayramova zəhərlənmə diaqnozu ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Bundan başqa, yanğın nəticəsində xırdabuynuzlu ev heyvanları və toyuq-cücə tələf olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) İsmayıllı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
Mənbə: oxu.az
Digər HADİSƏ xəbərləri
Copyright © 2024 All Rights Reserved. Developed by scorpion.az