EN

Qohumunu ov silahı ilə vurmaqda şübhəli bilinən şəxs SAXLANILDI

İyulun 6-da saat 18:30 radələrində Biləsuvar rayonu ərazisində 1989-cu il təvəllüdlü Elçin Əmənovun idarə etdiyi "Mercedes" markalı avtomobildə ov silahından açılan atəş nəticəsində sağ əlindən xəsarət alması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü, qohumu Emin Kərimli polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Onun cinayətdə istifadə etdiyi ov tüfəngi aşkarlanaraq maddi sübut kimi götürülüb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
58
50
unikal.az

10Sources